53 nömrəli marşrutdan istifadə edənlərin NƏZƏRİNƏ
7 Mart 2025 11:45 SosialBakıda 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin martın 7-də qəzaya uğrayan marşrut avtobusu ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus "Fidan" MMC-yə məxsusdur:
"İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31