Deputat Horadiz sakinlərini qəbul edib- ÖZƏL

Millət vəkili Vüqar Bayramov seçiciləri ilə növbəti görüş keçirib."Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Növbəti görüşümüz Füzuli rayon Horadiz şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı 30-dan çox seçicimizin qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik. Həmyerlilərimizin müraciətləri iş yerini dəyişmək, əlillik dərəcəsinin alınması, məşğulluq, mənzil təminatı, torpaq məsələləri, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31