10 mart qeyri-iş günüdür?

2025-ci ildə Azərbaycanda iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə bəzi dəyişikliklər edilib.

Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 27 və 28 mart iş günləri müvafiq olaraq 10 mart və 1 aprel istirahət günləri ilə dəyişdirilib.

Belə ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü həftənin şənbə gününə təsadüf etdiyi üçün martın 10-u qeyri-iş günü olmalı idi, lakin dəyişiklik nəticəsində 10 mart 2025-ci il tarixi iş günüdür.

Qeyd edək ki, 20-31 mart tarixləri arasında ölkədə ardıcıl qeyri-iş günləri olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31