Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatının illik hesabat dinlənilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Həmkarlar Təşkilatı illik hesabat verib.

Hesabat məruzəsi ilə çıxış edən HİK sədri Kamran Ramazanlı bildirib ki, təşkilatın büro iclaslarında institut əməkdaşlarının ərizə və təklifləri əsasında kollektivin mənafe və maraqlarını əks etdirən müxtəlif məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib, rəhbərlik qarşısına çıxarılıb.

Diqqətə çatdırılıb ki, Coğrafiya İnstitutunda hesabat  ilində Respublika əhəmiyyətli bir sıra tarixi günlər - 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Xocalı soyqırımı, 8 Mart qadınlar bayramı qeyd edilib, Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş Dama yarışı, eləcə də Lənkəran şəhərinə səfər təşkil edilib, "Evrika" liseyində akademik R.Məmmədovun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

HİK sədri həmçinin tədbirlərə və digər məsələlərə sərf edilmiş maliyyə xərclərinin hesabatını da tədbir iştirakçılarına təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31