Kayseri şəhərinin Celal Bayar Anadolu Lisesində Xocalı soyqırımının 33 –cü ildönümünə həsr edilmiş anım tədbiri keçirlib

Kayseri şəhərinin Celal Bayar Anadolu Lisesində Xocalı soyqırımının 33 -cü ildönümünə həsr edilmiş anım tədbiri keçirldi. Tədbirdidə məktəbin  müəllimləri, yuxarı sinif şagirdləri və  ictimai qrumların nümayəndələri   iştirak edirdilər.  

Tədbirdən öncə, Xocalıda dinc sakinlərə qarşı törədilmiş  qətliamaməktəb  şagirdlərinin həsr etdikləri rəsm əsrləri  nümayiş etdirldi. Onlar   bu  əsərlərində 1992-ci il Fevralın 25-dən 26 -na keçən gecə Xocalı sakinlərinin yaşadığı faciəninin acısını yansıtmağa çalışmış,  vəhşiliyə dur demişlər. Rəsmlər qatılımçıları duyğulandırdı.  Xocalı faciəsinə hsər edilmiş  videoçarxın   nümayişı də   tədbir iştirakçılarını duyğulandırdı.  

Tədbirdə  Xocalda 33 il öncə   baş vermiş faciənin hələ də  beynəlxalq hüquqi qiymət almaması və   beynəlxalq qurumların apardığı  ikili  standart siyasəti pisləndi.  Tədbir iştirakçılarının bəyanatında bildirldi ki, Xocalı soyqırımı zamanı Erməni hərbi birləşmələsinin  sivil  sakinlərə qarşı  qarşı qeyri-insani davranışı-    mövcud bütün beynǝlxalq Konvensiyalara  ziddir. Xocalıda gercək bir soyqırım törədilmişdir.

Celal Bayar   Anadolu Lisesində   keçirilən  tədbirdə Əsli Xəlqızının Xocalı faciəsindən bəhs olunan  "Güllələnmiş uşaqlıq " kitabının da  təqdimatı oldu. Müəllif  həmin gecə baş verən faciəni  canında,  ruhunda yaşayan Xocalı sakinlərinin acıları haqqında  toplantı iştirakçılarına məlumat verdi. Həmcinin   Xocalı faciəsinə hərs edilə  tədbirdən dolayı məktəbin rəhbərliyinə və şagirdlərə   təşəkkkürünü bildirdi. .

Əsli Əliyeva Xəliqızı. Erciyəs Universiteti, Ədəbiyyat Fakülətsinin  müəllimi.

Kayseri.

2025. 26 fevral.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31