Mədəniyyət naziri: "Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb"
26 Fevral 2025 12:17 Sosial"Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb".
Bu sözləri mədəniyyət naziri Adil Kərimli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "Ana harayı" abidəsini ziyarətində çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə çoxsaylı layihələr icra olunur:
"Eyni zamanda, bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir". (Oxu.Az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31