Bu qəsəbəyə artıq avtobus işləmir: AYNA-dan REAKSİYA
25 Fevral 2025 15:46 SosialPirşağı qəsəbəsinin sakinləri dayanacağın olmamasından narazıdırlar.
Olaylar.az xəbər verir ki, soyuq qış günündə insanlar mənzil başına çatmağa çətinlik çəkirlər.
Sakinlərin sözlərinə görə, əvvəllər bu ərazidə dayanacaq olsa da artıq yoxdur.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, 179 nömrəli avtobusun hərəkəti təhlil edilib. Mehdiadab-Pirşağı şosesinin sözügedən ərazidən keçən hissəsində dayanacağın olması nəzərdə tutulub. Yaxın vaxtlarda problem həll olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31