Sabah sulu qar yağacaq

Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcədən -3 dərəcəyədək, gündüz +1 dərəcədən +3 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə -1 dərəcədən -6 dərəcəyədək, gündüz +3 dərəcədən +7 dərəcəyədək, dağlarda gecə -8 dərəcədən -13 dərəcəyədək, yüksək dağlıq ərazilərdə -18 dərəcədən -23 dərəcəyədək, gündüz -3 dərəcədən -8 dərəcəyədək olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31