Ölümündən sonra donor olmaq istəyənlərin sayı AÇIQLANDI

Son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayı təxminən 100-ə qədər olub.

Olaylar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bu gün Səhiyyə Nazirliyində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, bununla bağlı təbliğat aparılır.

"Könüllü olaraq hər kəs müraciət edə bilər. Bu yaxınlarda bizə bir tələbə müraciət etmişdi. Bu zaman biz çox sevindik ki, bu cür düşünən gənclər var", - deyə o əlavə edib.

Yeganə Abbasova qeyd edib ki, özü də daxil olmaqla bütün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin işçiləri könüllü olaraq orqan donorluğu üçün müraciət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31