Bakıda Fransa zülmündən əziyyət çəkən dənizaşırı ərazilərlə Azərbaycan vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib

Bakıda Makronizmdən, Fransa zülmündən əziyyət çəkən dənizaşırı ərazilər, Kiçik ada ölkələri ilə Azərbaycan vətəndaş cəmiyyətlərinin dialoqu keçirilib.

Olaylar.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndələri, Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan jurnalistlər və digər şəxslər iştirak ediblər.

Çıxışçılar bildiriblər ki, Azərbaycan Qoşulmama Hərəkatı və Bakı Təşəbbüs Qrupundakı fəaliyyəti çərçivəsində müstəmləkə siyasətinə qarşı çıxıb. Ölkəmiz müstəmləkəçilikdən əziyyət çəkən və bu istiqamətdə mübarizə aparan ölkələrlə olduqca həmrəydir.

Həmçinin, bildirilib ki, Azərbaycan da uzun illər müstəmləkəçilik siyasətindən əziyyət çəkib. Bununla yanaşı, Azərbaycan əraziləri 30 ilə yaxın işğalçılıq siyasətinə məruz qalıb.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndələri Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan jurnalistləri dağıntıların canlı şahidi olmaq üçün Qarabağ və Şərqi Zəngəzura dəvət ediblər.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov vurğulayıb ki, sözügedən jurnalistlərin Azərbaycana səfərində məqsəd onlar üçün keçiriləcək xüsusi kommunikasiya tədbirində iştirak etmələridir.

Dialoq müzakirə formatında davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31