Buzlaşmış yollarda yarana biləcək fəsadlarla bağlı sürücülərə XƏBƏRDARLIQ
16:41 SosialBaş Dövlət Yol Polisi İdarəsi şaxtalı havada xüsusilə külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.
Olaylar.az xəbər verir ki, bu, Baş Dövlət Yol Polisi İdarəsinin buzlaşmış yollarda yarana biləcək fəsadlarla bağlı hərəkət iştirakçılarına xəbərdarlığında öz əksini tapıb.
Bildirilib ki, bu gün günün birinci yarısı havanın teperaturunun nisbətən yüksəlməsi səbəbindən yollarda qar-buz örtüyünün bir qədər əriməsi müşayiət olunub.
"Lakin axşama doğru temperaturun mənfiyə doğru dəyişməsi ilə ərimiş su kütləsinin yenidən donması və yolların buzlaşması gözlənilir.
Qarlı, buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalara da ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.