“Məktəb, elm və ədəbiyyat” mövzusunda konfrans keçirilib

22 fevral 2025-ci il tarixində Siyəzən Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Milli Məclisinin "Elm və təhsil" komitəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Məktəb, Elm və Ədəbiyyat" mövzusunda konfrans keçirilmişdir. "Olaylar" xəbər verir ki, Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq Ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru və Milli Məclisin deputatı Elnarə Akimova, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor Anar İskəndərov, tarix elmləri doktoru, professor Şikar Qasımov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyi və "Uşaq ədəbiyyatı" şöbəsinin əməkdaşları,uşaq yazıçıları Zahid Xəlil və Nurlana İşıq, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Siyəzən Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, həmçinin məktəb direktorları, müəllimlər, mədəniyyət işçiləri, rayon yazıçıları və şagirdlər olmaqla ümumilikdə 400 nəfər iştirak etmişdir.
Konfransın açılışında iştirakçılar əvvəlcə rəssamlıqla məşğul olan şagirdlərin əl işləri ilə tanış olmuşlar. Göstərilən sənət əsərləri məktəblilərin yaradıcılıq qabiliyyətlərini və sənətə olan maraqlarını nümayiş etdirib. Sonra isə məktəblilər tərəfindən uşaq ədəbiyyatının tanınmış yazıçılarının əsərlərindən səhnəciklər təqdim olunub. Bu səhnəciklər həm əyləncəli, həm də maarifləndirici olub, iştirakçılara ədəbiyyatın gənc nəsil üzərindəki təsirini bir daha göstərib.
Konfransın çıxış edənakademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini əks etdirən kitabını və 10 cildlik nəzərdə tutulan, hazırda 7 cildi çapdan çıxmış Azərbaycan Ədəbiyyatı Tarixi kitabını məktəbin kitabxana fonduna hədiyyə etmişdir. 
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, professor Anar İskəndərov çıxışında hər zaman aktual olan elm, məktəb, təhsilin əhəmiyyəti məsələlərinə toxunmuşdir. 
Millət vəkili, filologiya elmləri doktoru Elnarə Akimova çıxışı zamanı bildirmişdir ki, regionlarda mütalinəni gücləndirmək ən önəmli məsələlərdən biridir vəinamlı gələcəyin təməl prinsiplərindəndir. Gənc nəslin  savadlı, mütaliəli, vətənpərvərlik ruhunda yetişməsi üçün belə işıqlı tədbirlərə, təşəbbüslərə çox ehtiyac var.
Daha sonra tədbirdə iştirak edən şəhid övladları üçün xüsusi kitab hədiyyələri ərməğan olunmuşdur.Uşaq yazıçıları Zahid Xəlil və Nurlana İşıq, o cümlədən Sumqayıt şəhər 35 saylı tam orta məktəbin müəllimi Nigar Vəliyeva da məktəblilərə qiymətli kitablar hədiyyə etmişlər. Sonda konfransın hazırlanmasında və təşkilatçılığında fəal iştirak edən müəllimlər Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur.
Bu konfrans bütün iştirakçılar tərəfindən kitabın və ədəbiyyatın təhsildəki rolunu və gənc nəslin mədəniyyət və elm sahəsinə olan marağını daha da artırmağa yönəlmiş əhəmiyyətli bir təşəbbüs kimi qiymətləndirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31