Nazirlikdən avtomobil yollarında görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Magistral avtomobil yollarında görünüş məsafəsi 1-2 km məhdudlaşacaq.

Olaylar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Ölkə ərazisində qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin fevralın 22-si səhərədək 1-2 km-dək məhdudlaşacağı, havanın temperaturunun daha 5 dərəcə enəcəyi gözlənilir.

Qarlı, şaxtalı və çovğunlu hava şəraiti ilə bağlı yolların buz bağlayacağını nəzərə alaraq sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur.

Xoşagəlməz halların baş verməməsi üçün Milli Hidrometeorologiya Xidməti tərəfindən ardıcıl olaraq verilən hava xəbərdarlıqlarına, çağırışlara və tövsiyələrə əməl olunması vacibdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31