Abituriyent qəbul imtahının 2-ci cəhdini başqa şəhərdə vermək istəsə...

Qəbul imtahanının birinci mərhələsi buraxılış imtahanıdır. Buraxılış imtahanında abituriyentin məktəbi harada yerləşirsə, avtomatik olaraq orada imtahan verəcəksiniz.

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbaut katibi Xanlar Xanlarzadə İctimai Tv-nin efirində danışıb.

"Belə yanaşılır ki, orada oxuyursunuzsa, həm də orada yaşayırsınız. Buna görə də sizə ən yaxın mərkəz olaraq oxuduğunuz şəhər seçiləcək. Amma abituriyent qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdini başqa şəhərdə vermək istəsə, şəxsi kabinetinə daxil olmalıdır. Şəxsi kabinetində daimi qeydiyyat ünvanı avtomatik olaraq Daxili İşlər Nazirliyinin bazasından götürülür. Amma orada faktiki yaşayış yerini istədiyi ünvanı seçsə, qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdini orada verə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31