Bələdiyyələrlə bağlı tövsiyyə hazırlanıb- ÖZƏL

Ölkədə bələdiyyələrin fəaliyyətinin təşəşkili, onlara metodik yardım göstərilməsi məqsədilə tövsiyə hazırlanıb. "Olaylar" xəbər verir ki, tövsiyyə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən ərsəyə gətirilib. Tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən məsələlər, eləcə də bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb. Xatırladaq ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. 

Qeyd edək ki, Yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq Qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.  Cari il yanvarın 29-da isə növbəti bələdiyyə seçkiləri keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31