Coğrafiya institutunun elmi şurasının növbəti iclası keçirilib
13 Fevral 2025 13:20 SosialAR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib.
Tədbirdə Coğrafiya İnstitutu əməkdaşlarının akkreditasiyası məsələsi, Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar məsələ, aparıcı elmi işçi dosent Səidə Zeynalovanın İnstitutun elmi katibi vəzifəsinə təsdiqi, "Füzuli rayonunun coğrafiyası" kitabının hazırlıq vəziyyəti və digər məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31