Şəhid Əliyev Bəhmən xatirəsinə şahmat turniri keçirilib- ÖZƏL

Ağ Zanbaq tədris və inkişaf mərkəzində Birinci Qarabağ savaşında şəhid olan Əliyev Bəhmən İbiş oğlunun anım günü münasibəti ilə keçirilən şahmat turniri başa çatıb. "Olaylar" xəbər verir ki, turnir məşqçi Yelmarova Natavanın rəhbərliyi ilə keçirilib. Qaliblər diplom, medal, kubokla və şahmat kitabları ilə mükafatladırılıblar. 1 yerə Muradov Yasin,ll yerə Səfərəliyev Ülfət və lll yerə Səmədzadə Azad çıxıb. Qalibləri təbrik edirik!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31