Sürücülərin DİQQƏTİNƏ: texniki baxışla bağlı vacib xəbər
12 Fevral 2025 13:49 Sosial"Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib".
Olaylar.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb:
"Həmin mərkəzlər həftənin I-VI günləri saat 9:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 9:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün (012) 590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31