Rezidenturanı bitirib təyinat alan həkimlərin sayı AÇIQLANDI
16:12 Sosial2024-cü ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərdən 267 nəfərə təyinat verilib.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 222 həkim-mütəxəssisə paytaxt və respublikanın digər bölgələrindəki dövlət tibb müəssisələrinə iş yerlərinə göndərişlər verilib.
"45 nəfərə isə azad təyinat haqqında arayışlar təqdim olunub",- deyə məlumatda qeyd edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31