Sabah 1200 abonent qazsız qalacaq
15:09 SosialSabah Biləsuvar şəhərinin bir hissəsi və iki kəndin qaz təchizatında fasilə olacaq.
Olaylar.az xəbər verir ki, Biləsuvar şəhər ərazisində Peşə liseyi məktəbinin qaz xəttinin mövcud mənbəyə qoşulması üçün H.Əliyev küçəsi, Upromxor, Təyyarə meydanı yaşayış massivi, Muğan və Yuxarı Ağalı kəndlərinin, ümumilikdə 1200 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31