Böyük Britaniya şirkəti Azərbaycanda mülki aviasiyada uçuşların təhlükəsizliyi üzrə təlim keçəcək
13:11 SosialBöyük Britaniyanın "Redline Aviation Security LTD" şirkəti Azərbaycanda mülki aviasiyada uçuşların təhlükəsizliyi üzrə təlim keçəcək.
Olaylar.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı müvafiq işlər yekunlaşdırılıb.
Belə ki, sözügedən şirkət Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının tabeliyində "Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi" publik hüquqi şəxslə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət publik hüquqi şəxsə mülki aviasiyada uçuşların təhlükəsizliyi üzrə təlim xidməti keçəcək.
Bunun müqabilində șirkətə 20 min manat ödəniləcək.
Qeyd edək ki, sözügedən şirkət təlim, keyfiyyət təminatı, audit və risklərin idarə olunması proqram təminatını əhatə edən geniş spektrli təhlükəsizlik həlləri təqdim edir. Hava və yer perspektivləri, eləcə də, tənzimləyici qurumların perspektivlərini əhatə edən bütün təhlükəsizlik fənləri üzrə aviasiya və təhlükəsizlik ekspertlərinin təcrübələrini birləşdirir.