Naxçıvanda yaşayanlara ŞAD XƏBƏR

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır.

Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsində 4,98 ha torpaq sahəsində inşa edilməsini planlaşdırıb.

Məlumata görə, artıq MİDA yaşayış kompleksinin tikintisi ilə əlaqədar layihə hazırlıqlarına başlayıb.

Agentlik sözügedən işlərin icrasına 619,5 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Qeyd edək ki, agentlik bir neçə müddət əvvəl Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində yeni yaşayış kompleksinin inşa edilməsi işlərinə start vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31