İşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir - Nazir
15:19 Sosialİşğaldan azad olmuş ərazilərdə 11 məktəb fəaliyyət göstərir.
Olaylar.az xəbər verir ki, bu sözləri Elm və Təhsil naziri Emin Əmrullayev bu gün təşkil edilən brifinqdə deyib.
O bildirib ki, həmin məktəblərdə 272 müəllim işləyir.
"Fəaliyyət göstərən məktəblərdə 2213 şagird təhsil alır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssəsi fəaliyyət göstərir ki, orada da 16 tərbiyəçi çalışır və 183 uşaq təhsil alır" - deyə o əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31