Bu komitə ailə siyasətinin həyata keçirilməsi mühüm rol oynayıb- ÖZƏL
14:54 Sosial"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətə başlamasından 19 il ötür.
Bu müddət ərzində Komitə, ölkəmizin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynayıb. Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiə edilməsi məqsədilə həyata keçirilən tədbirlər, həmçinin qəbul edilən əhəmiyyətli qanunlar və onların həyata keçirilməsi, ölkəmizin sosial siyasətinin mühüm tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseyova deyib: "Azərbaycan Respublikasının Prezidentinin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb və fəaliyyətə başlayıb. Bu günə qədər Komitə bir sıra əhəmiyyətli qanun və məcəllə dəyişiklikləri ilə qadınların və uşaqların hüquqlarını müdafiə edən bir çox layihə və təşəbbüs həyata keçirib. Eyni zamanda, Komitə gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılmasına, uşaqların və yeniyetmələrin sağlam həyat tərzini formalaşdırmağa yönəlmiş genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirib. Bu sahədə ən böyük müvəffəqiyyətlərdən biri isə Ulu Öndər Heydər Əliyevin ailə və qadın hüquqlarına verdiyi yüksək qiymət və diqqətdir. Ulu Öndər, ailə institutunun inkişafına və qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun həyat və fəaliyyəti, ailə dəyərlərinin cəmiyyətin təməl prinsiplərindən biri olduğunu göstərir.
Bugünkü gündə, cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında bu sahədə daha da böyük uğurlar əldə olunub. Mehriban xanımın Azərbaycan ailələrinə, qadınlarına və uşaqlarına olan qayğısı və diqqəti, bu məsələlərə verilən dövlət dəstəyinin daha da gücləndirilməsini təmin etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyini və bütün əməkdaşlarını təbrik edirəm. Komitə, Azərbaycan Respublikasının ailə siyasətinin həyata keçirilməsi, qadın və uşaq hüquqlarının qorunması sahəsində göstərdiyi yorulmaz fəaliyyətlə daim müsbət nəticələr əldə edir. Onların bu sahədəki işlərini yüksək qiymətləndirir və gələcək fəaliyyətlərində daha yeni uğurlar arzulayıram".