Milli Qəhrəman Hökümə Əliyevanın məzar ziyarət edilib- ÖZƏL
14:15 SosialKəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycanın Milli Qəhramanı Hökümə Əliyevanın qırx mərasimi ilə bağlı məzarını ziyarət edib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, Azərbaycanın Milli Qəhramanı Hökümə Əliyevanın qırx mərasimi ilə bağlı ailə üzvləri, doğmaları, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri mərhumun məzarını ziyarət edib, gül dəstələri düzüblər.
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.Qəzada həlak olan stüardessa Hökümə Əliyeva Kəlbəcər rayon Susuzluq kənd sakini olub.
Azərbaycan Respublikasınn Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Əliyeva Hökümə Cəlil qızı ölümündən sonra Azərbaycanın Milli Qəhramanı fəxri adı verilib.