Müavinət və təqaüdlər bu ayda artırılacaq- ÖZƏL

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Əmək pensiyalarının indeksləşdirilməsi haqqında 5 fevral 2025-ci il tairixli  Sərəncamın 1.2-ci maddəsinə əsasən 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalının  2024-cü ilin rəsmi  inflyasiya göstəricisinin  illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsi 2,2 faiz artırıldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib: "23 dekabr 2024-cü il tarixli xüsusi Prezident Sərəncamına uyğun olaraq, fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq  280 manatdan 320 manata çatdırılıb. 2025-ci ilin yanvarından  minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Buna uyğun olaraq 19  pilləli Vahid Tarif Cədvəli əsasında maaş alanların əmək haqqları da 2,2-16 faiz intervalında artırılıb".
       
Deputat əlavə edib ki, yaşa görə müavinət,veteran pulu və digər müavintlər barədə 23 dekabr 2024-cü il tarixli xüsusi Prezident sərəncamına uyğun olaraq Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində, yəni martda hazırlayıb ölkə Prezidentinə təqdim edəcək: "Həmin sənəd hazır olandan sonra müavinətlərin də nə qədər artırılacağına aydınlıq gətiriləcək. Müavinət, təqaüd və sairin artımı  1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31