ABŞ-də aparıcı KİV-lərin maliyyələşməsi dayandırılır

Amerika Birləşmiş Ştatlarının icra orqanları bir sıra nüfuzlu KİV-lərin federal maliyyələşməsini dayandırır.

Olaylar.az xəbər verir ki, bunu ABŞ-nin Hökumət Effektivliyi İdarəsinin (DOGE) rəhbəri, milyarder İlon Mask öz "X" hesabında bildirib.

Onun sözlərinə görə, söhbət sözügedən media qurumlarının xidmətlərinə ABŞ-nin müxtəlif nazirliklərinin bahalı abunəliklərindən gedir.

Maskın sözlərinə görə, Dövlət Departamenti artıq "Associated Press"in abunə haqqının ödənişini dayandırıb, Maliyyə Nazirliyi "The New York Times"a daha ödəniş etmir, NASA isə "Politico"nun xidmətlərindən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31