Məktəblilər üçün Situasiya Mərkəzinə ekskursiya təşkil olunub

Orta məktəb şagirdlərinin ətraf mühit sahəsinə marağını artırmaq məqsədilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin şagirdləri üçün Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ekskursiya təşkil olunub.  Ekolohiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, tədbir zamanı Xidmətin mütəxəssisləri tərəfindən məktəblilərə Hidrometeorologiya muzeyində yer alan milli hidrometeorologiya tariximizi əks etdirən foto şəkillər, eksponatlar, ölçü cihazları nümayiş etdirilərək barələrində məlumatlar verilib.
Daha sonra Erkən Xəbərdarlıq Sisteminin konsepsiyası barədə qeyd edilərək Situasiya Mərkəzində hidrometeoroloji müşahidələrin təşkili, hidrometeoroloji məlumatların qəbulu, emalı, vizuallaşması, əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Tədbirin sonunda ətraf mühitin mühafizəsində kiçik yaşlıların rolu ilə bağlı şagirdlərlə diskussiya aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31