Hərbi qulluqçuların sığorta məsələsinə yenidən baxılmalıdır- ÖZƏL
14:03 Sosial"Mina təmizləyən işçi ilə bağlı iş zamanı bədbaəxt hadisə baş verərsə bu istehsalatda bədbəxt hadisədir. Bu halda vəfat edənin ailəsinə şəxsin əmək pensiyası yaşına çatana qədər alacağı əmək haqqı toplum halında verilir". "Olaylar" xəbər verir ki, bunu Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib: " Şəxs vəfat etmirsə, sadəcə əmək qabiliyyətini itirisə (məsələn əli, ayağı amputasiya olunur) bu halda ona 65 yaşına çatana qədər itirdiyi peşə əmək qabiliyyətinin faizinə uyğun sığorta ödənişi verilir (məsələn, 1000 manat orta aylıq əmək haqqı alırdısa və peşə əmək qabiliyyətini 50 % itiribsə deməli 65 yaşına çatana qədər hər ay 500 manat alacaq) və + DSMF ona əlavə əlilliyə görə əmək pensiyası təyin edir. Bu fərqli statusun verilməsindən daha sərfəlidir. Amma hərbi qulluqçu mina təmizləyərkən bədbəxt hadisə baş verirsə bu artıq başqa şəkildə (sərfəsiz) hesablanır. Odur ki, bu fərq aradan qaldırlmalıdır. Hərbiçi mina təmizləmə işində iştirak edirsə, bu halda o mülki işçi kimi sığortalansa yaxşıdır".