Mobil tətbiqlər reklam daşıyıcısı hesab ediləcək
14:25 SosialReklam daşıyıcılarının əhatə dairəsi genişləndirilir.
Olaylar.az xəbər verir, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Reklam haqqında" Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, mobil tətbiqlər (dövlət orqanlarının (qurumlarının) mobil tətbiqləri istisna olmaqla) və rəqəmsal platformalar (o cümlədən onların bir hissəsi), reklam xarakterli bildiriş və sms-lər də reklam daşıyıcısı hesab ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31