Bakının bu ərazillərdə su olmayacaq
4 Fevral 2025 11:28 SosialPaytaxt Bakının bəzi ərazilərində içməli suyun verilməsində fasilə yaranacaq. "Olaylar" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31