"Müəllim adı mühafizə olunmalıdır"-Deputat
16:19 Sosial"Kənd məktəbində müəllimlərin mübahisəsinin, yaxud bir müəllimin hər hansı pozuntu törətməsinin media səhifələrində yayımlanması cəmiyyətə heç nə vermir, ancaq müəllim kimliyini yerlə-yeksan edir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin yaz sessiyasının ilk iclasında deyib. Deputat qeyd edib ki, müəllim adı qanunvericiliklə mühafizə olunmalıdır:"Hansısa müəllim fəaliyyətində nöqsana yol verirsə, məsuliyyət daşımalıdır, lakin, belə məsələləri ictimailəşdirib müəllimə hörmətin dağılmasına yol vermək olmaz".
Deputatın sözlərinə görə, məktəblərdə baş verən hadisələrin sosial mediada yayılması yaxşı nəticələr vermir: "Problemlər bütün sahələrdə var, problemli, sinif otağına buraxılmamalı insanlar müəllimliyə yol tapa bilir, amma bu problemlər yerində həllini tapmalıdır, bir-iki problemə görə müəllim kultunu zədələməməliyik".