AYNA-dan avtobus zolaqları ilə bağlı QƏRAR
11:49 SosialHazırda yeni marşrut şəbəkəsinə uyğun olaraq paytaxtın 40-a yaxın küçə və prospektini əhatə edən xüsusi zolaqların ümumi uzunluğu 112 kilometrdir.
Olaylar.az bildirir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Sədr qeyd edib ki, onlar üzərində hərəkət edən avtobuslar hər gün 900 minə yaxın sərnişin daşıyır.
"Lakin bu, əlbəttə ki, son hədd deyil və mütəxəssislərimiz avtobus zolaqları şəbəkəsinin genişləndirilməsi layihələri üzərindəki işi davam etdirirlər", - deyə A. Rzayev qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31