Rəqqasə Fatimə tanınmış aparıcını YIXIB-SÜRÜDÜ - VİDEO

Rəqqasə Fatimə Fətəliyeva teleaparıcı Zaur Nəbioğlu barədə qalmaqallı fikirlər səsləndirib.

"Tarixin bir günü" verilişinin qonağı olan rəqqasə dost kimi qatıldığı proqramda gözlənilmədən düşmən münasibəti ilə qarşılaşdığını bildirib:

"Mən də vaxtilə onlara dost demişəm. Amma təəssüflər olsun ki, mən onlara dost demişəm. Bu yaxında dostların verilişinə dəvət olundum. Ancaq özümü dostların yanında yox, tam başqa, özgə xalqın nümayəndəsi kimi hiss etdim. Bilirsiniz, nəyə görə? Çünki mən ora gələndə ilk olaraq demişdim ki, xahiş edirəm sizdən şəxsi həyatımdan sual verməyin. Sən də mənə şəxsi həyatımdan sual verdin və gözəl şəkildə cavabını aldın. Amma mənə elə bir şəkildə sual verdilər, elə yerimdən toxundular... Mənim övladlarım artıq böyüyüb. Qızımın 30, oğlumun 14 yaşı olacaq. İstəmirlər ki, onların ad çəkilsin. İndi mən danışıram əslində bu çoxdur. Vadar edirlər ki, bunları deyəsən. Orada mənim ailəm və övladlarım haqda suallar verildi və mən də özümü itirdim. Dost deyib getmişdim. O dəqiqə bilmədim ki, nə danışıram. Sonra efirə baxıb dedim ki, bu mənəm? Həmin aparıcı isə tamaşaçılara deyir ki, bilirsiz, Fatimə xanım rusdilli məktəbi bitirib ona görə danışıq qabiliyyəti o deyil. Bu nə deməkdir? Bəli, rusdilli məktəb bitirmişəm. Amma eyni zamanda Azərbaycan dilində İncəsənət Universitetini də bitirmişəm. İllərdir ki, təcrübəm var. Səhnədə böyümüşəm və məclislər idarə edirəm. Buradan Rusiyaya dəvət alıram, 300 nəfərlik məclisi tək aparıram".

F.Fətəliyeva sərt etirazına belə davam edib:

"Ola bilsin ki, bu söhbətdən sonra hansısa məclisdə həmin adamlar mən tərəfə belə baxmasınlar. Canları sağ olsun. Mən olan şeyi demişəm. Elə bilirlər ki, o verilişlər sonacan gedəcək. Amma heç nə ömür boyu parıldamır. İnsan dostluğu reytinqə dəyişməz".  (Yenisabah.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31