Hərəkət tam məhdudlaşdırılacaq - Təmir var
10:28 SosialFevralın 1-də saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılacaq təmir-tikinti işləri ilə əlaqədar sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Olaylar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verib.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", deyə, məlumatda deyilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31