Qış tətilindən sonra ilk dərs hansı tarixdə olacaq?
27 Yanvar 2025 12:58 SosialYanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayıb.
Olaylar.az xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib.
Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31