7 prokurorluq əməkdaşı vəzifəsindən azad olundu
27 Yanvar 2025 11:46 Sosial2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31