TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı arasında memorandum imzalanıb

TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramı arasında imzalanmış əməkdaşlıq memorandumu psixi sağlamlıq sahəsində yeni bir mərhələnin başlanğıcıdır.

Olaylar-ın məlumatına görə,Memorandum çərçivəsində birgə layihələr həyata keçiriləcək, psixi sağlamlıq xidmətlərinin keyfiyyəti yüksəldiləcək.
Xüsusilə, Vahid Elektron Psixi Sağlamlıq Proqramı təqdim olunaraq, autizmli uşaqların diaqnoz və müalicəsində mövcud problemlərin həllinə, qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına və vahid statistikanın yaradılmasına yönəlmiş bir yanaşma təqdim edildi.

Bu əməkdaşlıq cəmiyyətimizdə psixi sağlamlıq problemlərinə daha effektiv və şəffaf yanaşmanın təməlini qoyacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31