Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
22 Yanvar 2025 15:07 SosialYanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Xaçmaz, Xınalıq, Qusar, Neftçala, Şamaxı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Şabran, Siyəzən, Xızı, Altıağacda narıncı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31