Ballıcada həyat canlanır

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı davam edir. Bu günədək Xocalı rayonunun Ballıca kəndinə 68 ailə (373 nəfərin) köçürülməsi təmin olunub. Böyük Qayıdışın başlandığı  kənddə keçmiş məcburi köckünlərin rahat  məskunlaşması üçün hər çür şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"-a bildirilib ki, yenidən bərpa olunan Ballıca kəndində zəruri sosial-texniki infrastruktur qurulub. Ballıcada  sakinlərin rahat və təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Burada fəaliyyət göstərən dövlət müəssisələri, özəl qurumlar kənd sakinlərinin məşğulluğunun təmin edilməsinə dəstək verir.
Ballıcanın  hər bir sakini yaşadığı evin həyətyanı sahəsində yardımçı təsərrüfat qurub, meyvə ağacları becərir, ev quşları və mal-qara saxlayır. 

Qeyd edək ki, Böyük Qayıdış işğaldan azad olunmuş ərazilərə yeni həyat gətirir, bu yerlərin dirçəlişini sürətləndirir. Məcburi köçkünlərin doğma yurdda dayanıqlı məskunlaşması və reinteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Böyük Qayıdış Proqramı çərçivəsində hər bir dövlət qurumu ona verilmiş vəzifələrin icrası ilə bu prosesə dəstək olur. Bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrində əhalinin adaptasiyası üçün reinteqrasiya tədbirləri həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31