DİN əhaliyə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) çatdırılma şirkətləri adından göndərilən saxta mesajlarla bağlı əhaliyə müraciət edib.

Olaylar.az xəbər verir ki, xəbər verir ki, müraciətdə vətəndaşlara çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olmaq tövsiyə olunub.

"İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin. Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31