Sabah yağış yağacaq, duman olacaq
21 Yanvar 2025 13:11 SosialYanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq.
Nisbi rütubət 70-80 % olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31