Əməkdar artist vəfat etdi
20 Yanvar 2025 10:13 SosialƏməkdar artist Mövsüm Hüseynov vəfat edib.
Bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.
Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.
Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.
O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb./"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31