Həkimlər qrip olanda bunu EDİRLƏR
20 Yanvar 2025 09:22 SosialQrip hər il milyonlarla insana təsir edən bir virusdur və sağlamlığımızı qorumaq üçün bəzi sadə tədbirlər görmək vacibdir.
Saglam.az xəbər verir ki, həkimlər tövsiyə edir ki, qrip zamanı simptomlar tamamilə keçməyənə qədər ictimai yerlərdən uzaq durmaq və maska taxmaq başqalarının yoluxmasının qarşısını almaqda mühüm rol oynayır. Əllərin tez-tez yuyulması və şəxsi gigiyena qaydalarına riayət edilməsi digər viruslardan qorunmağa da kömək edir.
Qripə qarşı peyvəndlərin faydası vurğulanır, çünki peyvəndlər xəstəliyin şiddətini azaldır və ciddi fəsadların qarşısını alır. Hətta əvvəllər qripə yoluxmuş insanlar belə, immunitetlərini gücləndirmək üçün peyvənd edə bilərlər. Erkən diaqnoz və antiviral dərmanların istifadəsi xəstəliyin müddətini qısalda bilər və sağalma prosesini sürətləndirə bilər.