Hazırlıqlar başa çatdı
18 Yanvar 19:38 SosialBakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başa çatıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, "Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb.
Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən faciənin 35-ci ildönümünə hazırlıqla bağlı Şəhidlər Xiyabanı ərazisində geniş təmizlik və abadlıq işləri görülüb, zədələnmiş plitələr dəyişdirilib, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub, Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.
Ənənəvi olaraq Xiyaban ərazisində təcrübəli mütəxəssislər, landşaft-dizaynerlərinin iştirakı ilə müxtəlif rəngli qərənfillərdən təsirli kompozisiyalar hazırlanıb.
Vurğulanıb ki, yanvarın 20-də BŞİH-nin qurumlarının əməkdaşları Xiyabanın ərazisində vətəndaşların ziyarətinin təşkili üçün lazımı tədbirlər həyata keçirəcəklər. Eyni zamanda kommunal, təsərrüfat xidmətləri işçilərinin, təcili təxirəsalınmaz tibbi yardım briqadalarının bütün gün ərzində növbətçiliyi təşkil edilib.