Hüseyndən arvadına QADAĞA

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aktrisa həyat yoldaşı Aysel İbrahimovaya qoyduğu qadağadan danışıb. 

Musiqiçi bu haqda "Xəzər axşamı" verilişində danışıb. O bildirib ki, xanımı müğənnilik fəaliyəti göstərsə də, onun toy məclislərinə qatılmasına icazə vermir:

"Verilişlərdə çıxıb oxuya bilər. Dövlət tədbirlərinə də qatılır. Amma Aysel toya getmir, dəvət etməsinlər".

Qeyd edək ki, Hüseyn və Ayselin bu nikahdan bir oğul övladı var.  /Axşam.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31