Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı məlum olub.

Bu barədə Olaylar.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, Azərbaycan əhalisinin sayı ötən ilin əvvəlindən 41 232 nəfər və ya 0,4 faiz artaraq 2024-cü il dekabr ayının 1-i vəziyyətinə 10 222 002 nəfərə çatıb.

Qeyd olunub ki, əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31