"Aİ-95" benzinin qiyməti artacaq? - AÇIQLAMA

Bəzi yanacaq doldurma mərkəzlərində "Aİ-95" premium markalı benzinin olmadığına rast gəlinir. 

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə insanlar bunun benzinin qiymətinin artması ilə bağlı olduğunu deyirlər.

Məsələ ilə bağlı yanacaq doldurma mərkəzlərindən bildirildi ki, benzinin olmamasının səbəbi öz yerində bitməsi ilə bağlıdır. Bahalaşma ilə bağlı məlumatlardan xəbərsizdirlər. 

Məsələ ilə bağlı şirkətin nümayəndəsi Rail Ağayev bildirdi ki, yanacağın olmaması daşınma problemi ilə bağlıdır. O bildirib ki, qiymət bahalaşma səbəbi ilə yanacağın olmaması fikri əsassız və yanlışdır.  

"Bu gecə artıq yanacaq məntəqələrə paylanılıb".

Bəs benzinin qiyməti artacaq mı? 

Məsələ ilə bağlı neft şirkətindən bildirildi ki, bununla bağlı onlarda məlumat yoxdur. Qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31