“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
12:44 Sosial"YAŞAT" Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Fonddan "Olaylar"a bildirilib ki, 2-ci qrup Vətən müharibəsi əlili Cəfərli Vətən Zakir oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan Revizyon artroplastika əməliyyatı keçirilib. Əməliyyat xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
"YAŞAT" Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31