Azərbaycanda bu şəxslər hazır qida ilə təmin olunacaq
10 Yanvar 2025 10:43 SosialAzərbaycanda bu il ərzində reabilitasiya müəssisələrində xidmətdən faydalanan şəxslərin hazır qida (keytring) təminatına sərf olunacaq vəsaitin həcmi məlum olub.
Olaylar-in əldə etdiyi məlumata görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi il boyunca hazır yeməklə təmin olunacaq şəxslərin sayını və görüləcək işləri müəyyənləşdirib.
Belə ki, 12 ay ərzində həftənin 7 günü, sutkada 3 dəfə olmaqla Agentliyin tabeliyindəki reabilitasiya müəssisələrində xidmətlərdən faydalanan böyüklər üçün 279 006 nəfərlik, uşaqlar üçün isə 34 310 nəfərlik hazır yemək təminatı nəzərdə tutulub.
Artıq bununla bağlı qurum sözügedən şəxslə 3,2 milyon manat dəyərində müqavilə bağlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31